Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Bu hərəkətinə görə avtobusda qadınlar tərəfindən döyüldü - VİDEO

Bu hərəkətinə görə avtobusda qadınlar tərəfindən döyüldü - VİDEO


30-04-2016, 14:29. Yazar: Xeberaz
Bu hərəkətinə görə avtobusda qadınlar tərəfindən döyüldü - VİDEO
Avtobusda cinsi orqanını göstərən şəxs qadınlar tərəfindən döyülüb.

Hadisə Türkiyədə, Döngel-İzmit sərnişin avtobusunda baş verib. Əvvəlcə həmin şəxsi döyən qadınlar daha sonra yaxınlıqdakı polis bölməsinə müraciət ediblər. Qadınların şikayəti əsasında 34 yaşlı şəxs həbs olunub.

Avtobusun sürücüsü jurnalistlərə açıqlamasında hadisəni sonradan gördüyünü deyib:

“Heç nədən xəbərim yox idi. Birdən qışqırıq səsləri eşitdim. Daha sonra qadın sərnişinlər bir nəfəri döyməyə başladı. Mən də avtobusu yolun kənarında saxladım, polis hadisəyə müdaxilə etdi”.

Hadisə avtobusun təhlükəsizlik kamerasında anbaan görüntülənib.

Geri dön