Ana Sayfa > Karusel / Hadisə / M2 > Maştağada mağaza sahibi özünü evində asdı

Maştağada mağaza sahibi özünü evində asdı


30-04-2016, 14:11. Yazar: Xeberaz

Maştağada mağaza sahibi özünü evində asdı
Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Xalıqov Əmirhüseyn Balahüseyn oğlu tikintisi hələ başa çatmamış evində özünü asaraq intihar edib. Məlumata görə, Ə. Xalıqov Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Geri dön