Ana Sayfa > Karusel / Dünya / M2 > Nalbəndyan təkcə pərdəyə 18 milyon dollar verib – Etiraz

Nalbəndyan təkcə pərdəyə 18 milyon dollar verib – Etiraz


30-04-2016, 12:56. Yazar: Xeberaz
Nalbəndyan təkcə pərdəyə 18 milyon dollar verib – Etiraz


Sən demə, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan bütün səfərlərinə biznes-klasda uçur və bahalı biletlərə vərdiş edib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Camanak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Nalbəndyan ötən ay İrəvan-Paris-Cenevrə-London-Vaşinqton reysinə 7300 dollar ödəyib. Eyni reysə isə ekonom-klasda 3 dəfə ucuz uçmaq mümkündür.

Ermənistan XİN inzibati binasının ümumilikdə 700 metr uzunluğunda olan pərdələri üçün “Ani dizayn” şirkəti ilə 18 milyon dollar dəyərində müqavilə imzalanıb.

Xarici borcu ÜDM-nin 50 faizini üstələyən bir ölkədə bu cür “israfçılığı” əslində korrupsiyanın bariz nümunəsi sayan ermənilər isə buna etiraz edirlər.

Qəzet son olaraq vurğulayır ki, Ermənistanın Baş naziri Ovik Abramyan ötən il Belarusdakı Avrasiya İqtisadi Birliyinin iclasına getmək üçün gürcü şirkətindən 27,430 dollar dəyərində təyyarə kirayə götürmüşdü.Axar.az
Geri dön