Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Bağdadda güclü partlayış: 14 nəfər ölüb, 37 nəfər yaralanıb

Bağdadda güclü partlayış: 14 nəfər ölüb, 37 nəfər yaralanıb


30-04-2016, 12:50. Yazar: Xeberaz
Bağdadda güclü partlayış: 14 nəfər ölüb, 37 nəfər yaralanıb
İraqın paytaxtı Bağdad şəhərinin şərqində Nahravan rayonunda törədilən terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 37 nəfər isə yaralanıb

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 30-da səhər saatlarında Nahravan rayonunun yaşayış mətəqələrindən birində partlayıcı yerləşdirilmiş avtomobilin partlaması nəticəsində baş verib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

Hələlik terror aktının məsuliyyətini üzərinə götürən olmayıb.
Geri dön