Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistan Qarabağdakı yardımlarla bağlı istintaq aparır

Ermənistan Qarabağdakı yardımlarla bağlı istintaq aparır


29-04-2016, 19:58. Yazar: Xeberaz

Ermənistan Qarabağdakı yardımlarla bağlı istintaq aparır

Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır.

"Xəbəraz.az " “operativ.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Prokurorluğu Orinats Yerkir Partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan Polisinə (Daxili İşlər Nazirliyi) sorğu göndərib.

L. Doxolyan özünün Feysbuk səhifəsində yazıb ki, Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır. Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildiriblər ki, L. Doxolyanın qeyd etdiyi məsələ ilə bağlı araşdırmalara başlanılıb. İstintaq aparılır.
Geri dön