Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtomobil aşdı: yaralılar var

Avtomobil aşdı: yaralılar var


29-04-2016, 19:54. Yazar: Xeberaz
Avtomobil aşdı: yaralılar var
Hacıqabul rayonunda avtomobil qəzası baş verib.

APA bildirir ki, saat 16.00 radələrində Bakı-Qazax yolunun 136-cı kilometrliyində, Muğan kəndi ərazisində Bərdə rayon Alaçadırlı kənd sakini, 1952-ci il təvəllüdlü Quliyev Lazım Məmmədqulu oğlu idarə etdiyi "Niva" markalı avtomobili beton səddə çırpıb və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişin - sürücünün həyat yoldaşı, 1952-ci il təvəllüdlü Bağırova Roza İslam qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Geri dön