Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya İsveçi I Pyotrla təhdid etdi

Rusiya İsveçi I Pyotrla təhdid etdi


29-04-2016, 18:23. Yazar: Xeberaz
Rusiya İsveçi I Pyotrla təhdid etdi
Ümid edirik ki, İsveç NATO-ya üzvlük məsələsində ənənəvi neytrallığını qoruyacaq.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov söyləyib. Onun sözlərinə görə, NATO Rusiyanı bütün sərhədlərindən təcrid etmək istəyir:

“Bu gün nostalgiyaya qapılmaq lazım deyil. Biz Poltava döyüşünü və yaxud I Pyotrun XII Karlı necə məğlub etdiyini xatırlamamalıyıq. Yeri gəlmişkən, məhz bu məğlubiyyətdən sonra İsveç sülhsevərliyin və neytrallığın simvolu oldu”.

Qeyd edək ki, I Pyotrla XII Karl arasında savaşlar 1700-1721-ci illərdə olub. Bu savaş Şimal müharibəsi adlanır. Savaş nəticəsində İsveç Avropada böyük dövlət statusunu itirib. Axar.az
Geri dön