Ana Sayfa > Karusel / İdman / M2 > Azərbaycan Kubokunun finalçıları müəyyənləşib
Azərbaycan Kubokunun finalçıları müəyyənləşib21-04-2015, 21:49. Yazar: Xeberaz |
Yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Xeberaz.az Oxu.Az-a xəbər verir ki, “Qarabağ” ilk oyunda 1:0 hesabı ilә qalib gәldiyi “Simurq”un qonağı olub. Oyun qolsuz bərabərliklə bitib və Ağdam təmsilçiləri finala vəsiqə qazanıblar. Günün ikinci oyununda “İnter” “Neftçi”ni qəbul edib. Oyun Kaxaber Sxadadzenin komandası 2:1 hesablı qәlәbәsi ilə bitib. Lakin ilk oyunda 2 cavabsız qolla qalib gələn “Neftçi” finalda “Qarabağ”la qarşılaşmaq hüququ qazanıb. Geri dön |