Ana Sayfa > Karusel / Hadisə / M2 > Binə və Yasamalda piyadalar vuruldu

Binə və Yasamalda piyadalar vuruldu


29-04-2016, 13:37. Yazar: Xeberaz
Binə və Yasamalda piyadalar vuruldu
Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən"Xəbəraz.az "-a verilən məlumata görə, dünən saat 16 radələrində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Aynur Məmmədova vurulub.

Xoşbəxtlikdən ciddi xəsarət almayan A.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər yol-nəqliyyat hadisəsi isə Yasamal rayonunda baş verib.

İnşaatçılar prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bəxtiyar İmanov vurulub. B.İmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön