Ana Sayfa > Karusel / Dünya / M2 > Geri çağrılan konsullarla bağlı YENİ XƏBƏR

Geri çağrılan konsullarla bağlı YENİ XƏBƏR


29-04-2016, 13:08. Yazar: Xeberaz



Geri çağrılan konsullarla bağlı YENİ XƏBƏR

“Təəssüf ki mən sizin gözəl şəhərinizi tərk edib Peterburqa köçürəm. 7 il ərzində burada çoxlu dostlar qazandım”. Bu sözləri ura.ru agentliyinə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov bildirib. Agentliyin məlumatına görə, Qasımov Azərbaycanın Sankt - Peterburq şəhərində baş konsul vəzifəsinə təyin ediləcək.


"Xəbəraz.az "

Bu arada Rusiyanın Baltika.fm radiosu da maraqlı məlumat yayıb. Peterburqda fəaliyyət göstərən “Naxçıvan” təşkilatının sədri İdris Qəhrəmanovun radioya açıqlamasında bildirib ki, Azərbaycanın Peterburqdakı baş konsulu Elşad Qluamov başqa regiona təyinat alıb. “Mən şəxsən onun özüylə danışmışam. Özünü gümrah hiss edir. Onu başqa regiona vəzifəyə təyin ediblər”, - deyə Qəhrəmanov bildirib.




Xatırladaq ki, dünən prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsullarının geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.









Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Sultan Məhəmməd oğlu Qasımov isə Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.


Geri dön