Ana Sayfa > Karusel / Gündəm / Maraqlı > Bazar günü 17 dərəcə isti olacaq

Bazar günü 17 dərəcə isti olacaq


14-03-2015, 13:12. Yazar: Xeberaz
Bazar günü 17 dərəcə isti olacaq
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xeberaz.az-a verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Martın 15-də Azərbaycan rayonlarında hava şəraitinin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.
Geri dön