Ana Sayfa > Karusel / Hadisə / M2 > Sərxoş kişi su arxında boğuldu

Sərxoş kişi su arxında boğuldu


29-04-2016, 01:23. Yazar: Xeberaz
Sərxoş kişi su arxında boğuldu
Qaxda su arxına yıxılan 64 yaşlı kişi boğularaq ölüb. "Xəbəraz.az "" APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i axşam saatlarında rayon Qum kəndində qeydə alınıb.

Qum kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İ. Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön