Ana Sayfa > Karusel / Dünya / M2 > Erməni saxtakarlıqlarını ifşa edən rus alim təltif edildi

Erməni saxtakarlıqlarını ifşa edən rus alim təltif edildi


29-04-2016, 01:21. Yazar: Xeberaz

Erməni saxtakarlıqlarını ifşa edən rus alim təltif edildi

Erməni tarixi ilə bağlı saxtakarlıqları ifşa edən, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan rusiyalı tarixçi alim Oleq Kuznetsova Müqəddəs Stanislav İmperator və Çar ordeninin 3-cü dərəcəsi medalı ilə təltif edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Oleq Kuznetsov bu medala bu ilin martın 12-də Madriddə yerləşən Rusiya İmperator Evinin rəhbəri Böyük knyagina Mariya Vladimirovna tərəfindən layiq görülüb.

Bu günlərdə həmin medalı Rusiya İmperator Evinin rəhbəri, məşhur genealoq və heroldist Stanislav Dumin tarixçi və siyasi-analitik Oleq Kuznetsova təqdim edib.

O. Kuznetsov bu mükafata layiq görülməsini ölkəsi qarşısında xidmətlərinin etiraf olunması kimi qiymətləndirib: "Şəxsən özüm üçün bu ordeni Böyük Rusiya İmperiyasının tarixi qarşısında ən yaxşı fərqlənmə hesab edirəm. Mükafata aid olan fəxri fərmanda qeyd olunub ki, bu orden mənə Vətən qarşısındakı xidmətlərimə görə verilib. Bu mənim üçün çox vacibdir. Əgər Madriddən mənim Rusiyanın rifahı naminə çalışdığım görünürsə, ümid etmək olar ki, Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərini möhkəmləndirmək səylərim əbəs yerə olmayacaq".
Geri dön