Ana Sayfa > Karusel / Dünya / M2 > BMT TŞ-nin iclası başladı

BMT TŞ-nin iclası başladı


29-04-2016, 01:07. Yazar: Xeberaz

BMT TŞ-nin iclası başladı
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Donetsk münaqişəsi ilə bağlı Nyu Yorkda keçirilən iclası başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Vadim Pristayko Tvitter hesabında bildirib.

Ukraynanın təşəbbüsü ilə toplanan TŞ Donetskdə münaqişənin kəskinləşməsi ilə bağlı açıq iclas keçirir. Ukraynanın XİN nümayəndəsi qeyd edib ki, ölkəsi ədalətli sülhün tərəfdarıdır.

Diplomatın məlumatına görə, ən azı 11 Ukrayna vətəndaşı Rusiyada siyasi məhbus olaraq saxlanılır.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Pyotr Poroşenkonun təkidi ilə BMT TŞ təcili toplantı keçirmək qərarı vermişdi.Axar.az
Geri dön