Ana Sayfa > Karusel / Təhsil / M2 > Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı


28-04-2016, 18:08. Yazar: Xeberaz

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı
2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Axar.az-a verilən xəbər görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-də başa çatacaq.

Bu gün saat 17:30-dək ali məktəblərə 81327 nəfər ərizə verib. Onlardan 74192 nəfəri Azərbaycan, 7135 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32566-sı I, 22799-u II, 20295-i III, 5667-si isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Geri dön