Ana Sayfa > Karusel / Dünya / M2 > Nalbəndyan: “Qarabağ ilə müqavilə imzalayacağıq”

Nalbəndyan: “Qarabağ ilə müqavilə imzalayacağıq”


28-04-2016, 16:37. Yazar: Xeberaz
Nalbəndyan: “Qarabağ ilə müqavilə imzalayacağıq”

Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan Qarabağın separatçı rejimi ilə hərbi yardım razılaşması imzalamağa hazırlaşdıqlarını açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, hazırlıq prosesinin çox çətin olduğunu da vurğulayıb.

“Çalışmalar tamamlandıqdan və əlaqədar təşkilatlar münasibət bildirdikdən sonra müqavilə imzalanacaq”, - Nalbandyan qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ və işğaldakı digər 7 rayonunda Ermənistan ordusu yerləşir. Ermənistanın çağırış yaşına çatmış gənclərinin böyük hissəsi, həmçinin erməni muzdlu əsgərləri Azərbaycanın Qarabağda xidmət keçirlər. Belə olan halda Nalbəndyanın Qarabağ separatçıları ilə hərbi yardım razılaşması imzalayacaqlarını açıqlaması gülüncdür. Axar.az

Geri dön