Ana Sayfa > Karusel / Gündəm / M2 > Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”


28-04-2016, 16:29. Yazar: Xeberaz
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
ABŞ Dövlət Departamentində ənənəvi brifinqdə mətbuat xidmətinin nümayəndəsi Mark Tornerdən Ermənistan tərəfin atəşkəsi növbəti dəfə pozması faktını şərh etmək xahiş edilib

Buna cavabda Torner bildirib ki, ABŞ atəşkəsin ilkin mərhələdə saxlanmasından ürəklənmişdi.

“Ancaq, görünür, gərginlik qalmaqdadır. Dövlət katibi hər iki tərəflə danışıb. Minsk qrupundakı həmsədrimiz regionda olub. Hər iki hökumət, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq. Mesajımız dəyişməyib, Dağlıq Qarabağda təmas xəttində hər hansı zorakılığı ən güclü şəkildə pisləyirik. Sülh prosesi mümkün qədər tez bərpa olunmalı və davam etməlidir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, - deyə Torner qeyd edib. (“Turan”)
Geri dön