Ana Sayfa > Karusel / Dünya / M2 > məscidin darvazasında “Voloqda Qafqaz deyil”, “Vətəninə qayıt” sözləri yazılıb

məscidin darvazasında “Voloqda Qafqaz deyil”, “Vətəninə qayıt” sözləri yazılıb


21-04-2015, 19:24. Yazar: Xeberaz
məscidin darvazasında “Voloqda Qafqaz deyil”, “Vətəninə qayıt” sözləri yazılıb
Polis araşdırma aparır.

Rusiyanın Voloqodsk vilayətinin polisi məscid darvazasında yazılarla bağlı araşdırmaya başlayıb.

Xeberaz.az Rusiya KİV-nə istinadla xəbər verir ki, məscidin darvazasında “Voloqda Qafqaz deyil”, “Vətəninə qayıt” sözləri yazılıb və svastika təsviri çəkilib.

“İstintaq-əməliyyat qrupu işi başa çatdırıb, istintaq öncəsi yoxlama aparılır. Toplanmış materiallar linqvistika ekspertizasına göndərilib”, - DİN-nin regional idarəsindən bildirilib.

Qeyd olunur ki, məscidin darvazasındakı yazıların olduğu foto şəkilləri məscidin imamı Nail Mustafin yayıb.

Geri dön