Ana Sayfa > Karusel / Dünya / M2 > Big Ben” səssizliyə qərq olacaq

Big Ben” səssizliyə qərq olacaq


28-04-2016, 13:33. Yazar: Xeberaz
Big Ben” səssizliyə qərq olacaq
London şəhərinin rəmzlərindən olan məşhur “Big Ben” saat qülləsi təmirə bağlanacaq.

"Xəbəraz.az " xəbər verir ki, İngiltərənin paytaxtında 157 ildən sonra ilk dəfə olaraq qüllə səssizliyə qərq olacaq. Onun təmirinə 29 milyon sterlinq pul ayrılıb.

Parlamentdən verilən açıqlamada təmirin 3 il çəkə biləcəyi qeyd olunub. Saatın özünün təmiri isə 3 aya tamamlanacaq.

İnşası 13 ilə başa gələn “Big Ben” 1856-cı ildə istifadəyə verilib. O, dünyanın ən böyük saat qülləsi hesab edilir.Publika.az
Geri dön