Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sərhəddə 9200 siqaret tutuldu

Sərhəddə 9200 siqaret tutuldu


28-04-2016, 13:24. Yazar: Xeberaz
Sərhəddə 9200 siqaret tutuldu
Xaçmazda gömrük nəzarətindən gizlədilən 9200 ədəd siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumatda bildirilir ki, Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarusiya respublikasının aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.
Geri dön