Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanlılar 2 aya 6 milyard manat qazanıblar

Azərbaycanlılar 2 aya 6 milyard manat qazanıblar


14-03-2015, 12:41. Yazar: Xeberaz
Azərbaycanlılar 2 aya 6 milyard manat qazanıblar
Statistika Komitəsi məlumat yaydı.

2015-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 5,9 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi 618,0 manat və ya ayda orta hesabla 309,0 manat olub.

Xeberaz.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,3 faiz çox vəsait qalıb.
Geri dön