Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda binada yanğın

Bakıda binada yanğın


28-04-2016, 12:50. Yazar: Xeberaz

Bakıda binada yanğın
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus evdə yanğın olub

"Xəbəraz.az " FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus, ümumi sahəsi 73 kv.m olan 3-otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, ev əşyaları 5 kv.m sahədə və eyvana yığılmış əşyalar 2 kv.m sahədə yanıb.

Yüksək temperaturdan otağın divarları və qapısı 28 kv.m. sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri dön