Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağdamda şirkət binasına “qrad” düşdü

Ağdamda şirkət binasına “qrad” düşdü


28-04-2016, 12:42. Yazar: Xeberaz


Ağdamda şirkət binasına “qrad” düşdü
Ağdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.

Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə Report-a bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.

O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.

Geri dön