Ana Sayfa > Karusel / Gündəm / M2 > Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir” - Malena Mard

Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir” - Malena Mard


28-04-2016, 12:27. Yazar: Xeberaz
Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir” - Malena Mard
“Avropa İttifaqı bütün münaqişələrin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir”

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə istinadən Dağlıq Qarabağda hazırkı status-kvonun tərəflər üçün əlverişli olmadığını və daimi xarakter daşımadığını söyləyib: “Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Minsk Qrupunun da səylərini dəstəkləyirik. Avropa İttifaqının prioritetlərindən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun işinə dəstək olaq”.

M. Mard əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanda səfərdə olub. O, Ermənistana da səfər edəcək. Avropa İttifaqı yenə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün vasitələrə əl atacaq. Avropa Parlamentində xanım Mogerininin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu, bir daha göstərir ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllində Minsk Qrupu həmsədrlərinin səylərinə dəstək verir”.

M. Mard qeyd edib ki, atəşkəsin pozulmaması çox vacibdir: “Biz çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”.
Geri dön