Ana Sayfa > Karusel / Siyasət / M2 > Düşmən mülki əhalini hədəf alıb - MN

Düşmən mülki əhalini hədəf alıb - MN


28-04-2016, 10:13. Yazar: Xeberaz
Düşmən mülki əhalini hədəf alıb - MN

Hazırda təmas xəttində vəziyyət stabildir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya bildirib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: “Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”.

V.Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.
Geri dön