Ana Sayfa > Karusel / Maraqlı / M2 > Doğum evində məktəb - VİDEO

Doğum evində məktəb - VİDEO


28-04-2016, 10:04. Yazar: Xeberaz
Doğum evində məktəb - VİDEO
Şəkidə baş verən zəlzələnin fəsadları hələ də tam olaraq aradan qaldırılmayıb.

"Xəbəraz.az " xəbər verir ki, keçən 4 il ərzində müxtəlif yerlərdə təmir bərpa işləri görülsə də Baş Zəyzid kəndinin məktəbi hələ də bu yenidənqurmadan öz payını ala bilməyib.

Tam orta məktəbin binası tam qəzalı vəziyyətdə olduğundan şagirdlər məcburən müxtəlif uyğunlaşdırılmış binalarda dərs keçməli olurlar. Əgər bunlara uyğunlaşdırılmış binalar demək olarsa...

Kiçik otaqlar, qışda soyuq siniflər, qırıq döşəmələr... Bu cür şərait bəzi uşaqların hətta məktəbi tərk edərək qonşu kəndlərə üz tutmasına səbəb olub. Məktəbdə qalıb təhsillərini hələ də davam etdirənlərin isə bu şəraitdə normal tədris almaları müşkül məsələ çevrilib. Ancaq bütün bunlara baxmayaraq, təhsil müəssisəsində dərslər tam nizam intizamla tədris edilir.

Elə bunun nəticəsidir ki, hər il kifayət qədər uşaq universitetə qəbul olur. Dərslərin müxtəlif binalarda keçirilməsi, dərs deyən 116 müəllim üçün də problem yaradır. Şəki şəhər İcra hakimiyyəti isə məktəbin yenidən tikilməsi istiqamətində artıq aidiyyatı orqanlara müraciətlər olunduğunu qeyd edib.Kanal S

Geri dön