Ana Sayfa > Karusel / Hadisə / M2 > Ermənilər Ağdamda 1 nəfəri öldürdü: 8 yaralı

Ermənilər Ağdamda 1 nəfəri öldürdü: 8 yaralı


28-04-2016, 09:25. Yazar: Xeberaz

Ermənilər Ağdamda 1 nəfəri öldürdü: 8 yaralı

Aprelin 27-si gecə saatlarından ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Report-a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;

2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;

3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;

4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;

5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;

6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;

7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;

8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kantuziya);

Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.
Geri dön