Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Qaz balonu partladı: 7 ölü, 15 yaralı

Qaz balonu partladı: 7 ölü, 15 yaralı


28-04-2016, 01:53. Yazar: Xeberaz

Qaz balonu partladı: 7 ölü, 15 yaralı

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında toy zamanı qaz balonunun partlaması nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə məlumat “Sinxua” agentliyində yer alıb.

Polisin məlumatına görə, partlayış zamanı 2 qadın və 5 uşaq həlak olub.

Hadisə toyda yemək hazırlayan zaman qaz balonun alışıb, partlaması nəticəsində baş verib. Xəsarət alanların hamısı yerli xəstəxanaya çatdırılıb. Onlardan 2-i ağır vəziyyətdədir. Partlayış zamanı yaxınlıqdakı evlər alovdan ziyan çəkib.Musavat.com
Geri dön