Ana Sayfa > Karusel / Dünya / M2 > Kanada Ekvadora 2 milyon ayırdı

Kanada Ekvadora 2 milyon ayırdı


27-04-2016, 23:53. Yazar: Xeberaz

Kanada Ekvadora 2 milyon ayırdı
Xəbər verdiyimiz kimi, aprelin 16-da Ekvadorda 7, 8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 655 nəfər həlak olub, 17 min insan xəsarət alıb, 48 nəfər isə itkin düşüb.

"Xəbəraz.az "n Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Kanada hökuməti xəsarət alan ekvadorlulara kömək məqsədilə 2 milyon kanada dolları (təxminən 1, 6 milyon dollar) pul ayırıb. Bu barədə ölkənin XİN rəhbəri Stefan Dion bildirib.

Bu vəsait müxtəlif beynəlxalq fondlar, xüsusilə də BMT vasitəsilə Ekvadora göndərilib.


Geri dön