Ana Sayfa > Karusel / Hadisə / M2 > ABŞ-dan Türkiyə ilə bağlı xəbərdarlıq

ABŞ-dan Türkiyə ilə bağlı xəbərdarlıq


27-04-2016, 21:14. Yazar: Xeberaz

ABŞ-dan Türkiyə ilə bağlı xəbərdarlıq

ABŞ hökuməti Türkiyənin turizm bölgələrində terror aktlarının törədiləcəyi ehtimalı ilə bağlı bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.

"Xəbəraz.az " xəbər verir ki, məlumatı ABŞ-ın Türkiyədəki səfirliyi yayıb.

Məlumatda terror qruplaşmalarının Türkiyənin bir sıra turistik bölgələrində hücum həyata keçirmək planlarının olduğu bildirilib:

“ABŞ-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, terrorçular Türkiyədə yeni terror aktları törətmək üçün fürsət axtarır. Bu səbəbdən ABŞ vətəndaşları olduqca diqqətli olmalıdır”.
Geri dön