Ana Sayfa > Karusel / Dünya / M2 > PKK polisləri hədəf aldı: 3 yaralı

PKK polisləri hədəf aldı: 3 yaralı


27-04-2016, 20:12. Yazar: Xeberaz
PKK polisləri hədəf aldı: 3 yaralı

Türkiyənin Muş vilayətinin Varto mahalında PKK terrorçularının polis avtomobilini partlatması nəticəsində 3 polis ağır yaralanıb.

"Xəbəraz.az "xəbər verir ki, Taşdibek qəsəbəsində quraşdırılan partlayıcı qurğu polislərə məxsus zirehli avtomobilin keçidi zamanı işə düşüb.

Yaralanan polislər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Ərazidə araşdırmalara başlanılıb.
Geri dön