Ana Sayfa > Karusel / Dünya / M2 > Sərkisyan hakimiyyətə nəzarəti itirib - Ayrumyan

Sərkisyan hakimiyyətə nəzarəti itirib - Ayrumyan


27-04-2016, 19:20. Yazar: Xeberaz
Sərkisyan hakimiyyətə nəzarəti itirib - Ayrumyan
Dördgünlük müharibənin ilk günlərində vahid idarəetmənin olmadığı, ordunun özbaşına hərəkət etdiyi və Sərkisyanı qismən tanıdığı hissi yaranırdı.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistanın “Lragir.am” portalının əməkdaşı Naira Ayrumyan analitik məqaləsində yazıb. O, hazırda Ermənistan Prezidenti Serj Sərkisyanın iki seçim arasında qaldığını bildirib:

“Sərkisyan bir neçə gün öncə “Blumberq” agentliyinə müsahibəsində Dördgünlük müharibə zamanı Rusiya Baş Qərargah rəisinin sülhlə bağlı danışıqlar aparmaq üçün Ermənistanın Baş Qərargah rəisinə zəng vurduğunu dedi. Rusiya niyə Müdafiə naziri Seyran Ohanyana, Prezident Administrasiyasına yox, Yuri Xaçaturyana zəng vurdu? Bu, o mənaya gəlir ki, Sərkisyan hərbi-siyasi rəhbərliyə tam nəzarət edə bilmir? Müharibənin ilk günlərində vahid idarəetmənin olmadığı, ordunun özbaşına hərəkət etdiyi və Sərkisyanı qismən tanıdığı hissi yaranırdı”.

Müəllif hesab edir ki, Sərkisyan müsahibəsində 5 rayonu qaytarmağa hazır olduğunu bildirməsi ilə XİN rəhbəri Edvard Nalbəndyanı çətin vəziyyətdə qoydu:

“İndi Nalbəndyan ya Sərkisyanın yeni siyasi xətti ilə hərəkət edəcək, ya da istefaya gedəcək. İstisna deyil ki, vəzifəsindən gedən növbəti şəxs Nalbəndyan olacaq. Sərkisyanın day a hakimiyyətə nəzarət edə bilmədiyini etiraf etməli, ya da bütün hakimiyyəti ələ keçirməlidir”.

Geri dön