Ana Sayfa > Karusel / Siyasət / M2 > Məhkəmə ANS-in 5 şikayətini təmin etmədi

Məhkəmə ANS-in 5 şikayətini təmin etmədi


27-04-2016, 18:56. Yazar: Xeberaz


Məhkəmə ANS-in 5 şikayətini təmin etmədi
Bakı Apellyasiya Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə daha 5 məhkəmə prosesi keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətlər üzrə bir qərar qəbul edib.

Qərara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan ANS ÇM Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.
Geri dön