Ana Sayfa > Karusel / Dünya / M2 > Misir Tehranı xəbərdar etdi

Misir Tehranı xəbərdar etdi


27-04-2016, 18:24. Yazar: Xeberaz

Misir Tehranı xəbərdar etdi
Misir hər zaman Bəhreyn dövlətini dəstəkləyəcək.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Misir Xarici İşlər naziri Sami Şükri söyləyib. Onun sözlərinə görə, Misir Bəhreyn üçün təhdid yaradacaq bütün məsələlərdə onunla birgə hərəkət edəcək.

Qeyd edək ki, Bəhreyn indiyə qədər İranın ölkədəki hakimiyyəti devirmək istədiyini bildirir. Əhalisinin böyük hissəsini şiələrin təşkil etdiyi ölkənin hakimiyyətini Fars körfəzinin ərəb dövlətləri dəstəkləyir.
Geri dön