Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > SOCAR-ın borcu 6 milyardı keçdi

SOCAR-ın borcu 6 milyardı keçdi


27-04-2016, 17:38. Yazar: Xeberaz

SOCAR-ın borcu 6 milyardı keçdi
"Xəbəraz.az "
SOCAR-ın konsolidasiya edilmiş borcu təqribən 6,3 milyard dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, bu məbləğə SOCAR-ın daxili borcu da aiddir:

"SOCAR-ın bu il ödəməli olduğu məbləğ elə də böyük deyil. Borcun əsas hissəsini 5, 10 və 15 il müddətinə hesablanmış kreditlər təşkil edir".

S.Qasımov qeyd edib ki, kreditin bir hissəsi SOCAR-ın daxili vəsaitləri, digər hissəsi isə dövlət vəsaitləri hesabına ödəniləcək.
Geri dön