Ana Sayfa > Karusel / Hadisə / M2 > 8 şagird qidadan zəhərləndi

8 şagird qidadan zəhərləndi


27-04-2016, 17:18. Yazar: Xeberaz
8 şagird qidadan zəhərləndi
Bu gün Siyəzən rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. APA-nın "Xəbəraz.az "verdiyi melumata gore Siyəzən rayonunun Zarat tam orta kənd məktəbinin 8 şagirdi zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 2005-ci il təvəllüdlü Tacəddinova Samirə Rasim qızı, Ağaverdiyev Novruz Qurbanəli oğlu, Abdulrəhimov Məmməd Elşən oğlu, Mirzəyev Rza Xələf oğlu, Əliyarov Həmid Gülyar oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Məmməd Mövsüm oğlu, Aslanov Əbülhəsən Rabil oğlu və 2006-cı il təvəllüdlü Seyiddəmirova Xədicə Tahir qızıdır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Siyəzən Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev APA-nın yerli bürosuna bildirib ki, məktəblilər keks alıb yeyiblər, bundan sonra onlar özlərini yaxşı hiss etməyiblər və xəstəxanaya yerləşdiriliblər: “Hazırda onların səhhətində ciddi problem yoxdur. Hamısı evə buraxılıb”.

Onun sözlərinə görə, məktəblilər keksi məktəbin bufetindən deyil, məktəbdən kənarda yerləşən mağazadan alıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön