Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda tanınmış biznesmenin özünü öldürməsinin TƏFƏRRÜATLARI

Bakıda tanınmış biznesmenin özünü öldürməsinin TƏFƏRRÜATLARI


27-04-2016, 16:35. Yazar: Xeberaz
Bakıda tanınmış biznesmenin özünü öldürməsinin TƏFƏRRÜATLARI
Bu gün Bakıda intihar hadisəsi baş verib"Xəbəraz.az "-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən “Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.

38 yaşlı B.Aslanov Bakıdakı “Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön