Ana Sayfa > Karusel / Dünya / M2 > Sərkisyanın qorxulu röyası gerçəkləşdi – “Birlik”

Sərkisyanın qorxulu röyası gerçəkləşdi – “Birlik”


27-04-2016, 14:56. Yazar: Xeberaz

Sərkisyanın qorxulu röyası gerçəkləşdi – “Birlik”

Ermənistan XİN-in keçmiş rəhbəri Vardan Oskanyanın yaratdığı partiyanın adı bəlli olub.

"Xəbəraz.az " xəbər verir ki, yeni partiyanın adı “Birlik” adlanacaq. Partiya yaydığı bəyanatda əsas məqsədini açıqlayıb və məlum olub ki, Oskanyanın məhz indiki şəraitdə, Dördgünlük müharibədən sonra partiyasını elan etməsi səbəbsiz deyil.

Hazırda Ermənistanda Dördgünlük müharibənin gərgin psixoloji-siyasi şərait yaratdığını hesablayan Oskanyan prioritet istiqamət kimi Qarabağı göstərib. Bəyanatda vurğulanır ki, ölkə xarici siyasətini düzgün qurmadığı üçün hazırda belə bir acınacaqlı vəziyyətlə üzləşib.

Qeyd edək ki, Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistan Xarici İşlər naziri olub. O, eks-prezident Robert Köçəryanın ən yaxın adamlarından hesab edilir. Ekspertlər məhz Oskanyanın Serj Sərkisyanın əsas təhlükəli rəqibi olduğunu bildirirlər.
Geri dön