Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neftdən 2016-cı il rekordu

Neftdən 2016-cı il rekordu


27-04-2016, 14:52. Yazar: Xeberaz
Neftdən 2016-cı il rekordu



Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

"Xəbəraz.az " “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2,07 dollar qalxaraq 11 noyabr 2015-ci ildən bu yana ilk dəfə 47,05 dollara yüksəlib.

VTİ markalı neftin bir barrelinin qiyməti də 1,85 dollar artaraq 45,01 dollar təşkil edib.

Qeyd edək ki, qiymətlərin bahalaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının azalmasıdır.
Geri dön