Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB

Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB


27-04-2016, 13:18. Yazar: Xeberaz
Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB
Bakının mərkəzində törədilmiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulub.

Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.


Geri dön