Ana Sayfa > Karusel / Gündəm / M2 > Xəbərdarlıq: Hava şəraiti pisləşəcək

Xəbərdarlıq: Hava şəraiti pisləşəcək


27-04-2016, 12:59. Yazar: Xeberaz
Xəbərdarlıq: Hava şəraiti pisləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə aprelin 28-i axşama doğru hava şəraiti pisləşəcək

Azərbaycanın qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.
Geri dön