Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Türkiyədəki vətəndaşlarına “Təcili mesaj“ göndərdi

ABŞ Türkiyədəki vətəndaşlarına “Təcili mesaj“ göndərdi


27-04-2016, 12:52. Yazar: Xeberaz
ABŞ Türkiyədəki vətəndaşlarına “Təcili mesaj“ göndərdi
ABŞ Türkiyədəki vətəndaşlarına turistik bölgələrdə terror təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki vətəndaşlarına göndərdiyi elektron məktublarda terror təhlükəsi olduğunu qeyd edib. Məlumata görə, “Təcili mesaj” başlığı ilə göndərilən ismarıclarda “Terror təşkilatları Türkiyədəki populyar turistik mərkəzlərə hücum imkanı axtarır. ABŞ bu barədə möhkəm dəlillər əldə etməyi davam etdirir”, - ifadələri yazılıb.

Göndərilən elektron məktublarda “Türkiyədəki xarici turistlərin terror təşkilatları tərəfindən hədəf alındığı” da qeyd edilib.
Geri dön