Ana Sayfa > Karusel / Hadisə / M2 > Suriyada vuruşan qardaşına pul göndərən azərbaycanlıya 5 il həbs - RUSİYADA

Suriyada vuruşan qardaşına pul göndərən azərbaycanlıya 5 il həbs - RUSİYADA


27-04-2016, 10:30. Yazar: Xeberaz
Suriyada vuruşan qardaşına pul göndərən azərbaycanlıya 5 il həbs - RUSİYADA
Rusiyanın Lipetsk şəhərində İŞİD-ə maddi yardım göstərməkdə ittiham olunan azərbaycanlıya hökm oxunub. Lent.az-ın “Rossiya-1” telekanalına istinadən verdiyi məlumata görə, adıgedən şəhərin Lebedyansk rayonunda bizneslə məşğul olan həmyerlimiz Suriyada İŞİD sıralarında vuruşan qardaşına mütəmadi olaraq pul göndərirmiş.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin “terrorçuluğu maliyyələşdirmə” maddəsi ilə suçlanan həmyerlimiz 5 il müddətinə azadlıqdan məhrum edilib.
Geri dön