Ana Sayfa > Karusel / Dünya / M2 > “Əl Qaidə”nin 3 başçısı məhv edildi

“Əl Qaidə”nin 3 başçısı məhv edildi


27-04-2016, 01:41. Yazar: Xeberaz
“Əl Qaidə”nin 3 başçısı məhv edildi
ABŞ-ın pilotsuz təyyarələri Yəmənin Abyan əyalətində “Əl Qaidə” terror təşkilatının 3 başçısını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Zincibar şəhəri yaxınlığında baş verib. ABŞ-ın pilotsuz təyyarələri “Əl Qaidə”nin Yəmən qolunun liderlərinin olduğu iki avtomobilə zərbələr endiriblər.

Ölənlər arasında “Əl Qaidə”nin yerli komandirlərindən Əbu Samehin və təşkilatın Yəmən qolunun əsas “maliyyəçisi” Hosam Əz Zincibarinin olduğu bildirilir.
Geri dön