Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə ordusundan İŞİD-ə ağır zərbə: 11 ölü

Türkiyə ordusundan İŞİD-ə ağır zərbə: 11 ölü


27-04-2016, 00:15. Yazar: Xeberaz

Türkiyə ordusundan İŞİD-ə ağır zərbə: 11 ölü
Türkiyə ordusu Suriya ilə həmsərhəd Kilis şəhərinə raket zərbələri endirməyə hazırlaşan İŞİD terrorçularını zərərsizləşdirib. APA TV- nin məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.

Geri dön