Ana Sayfa > Karusel / Dünya / M2 > Baş nazirə butulka atdılar - İraqda

Baş nazirə butulka atdılar - İraqda


26-04-2016, 23:41. Yazar: Xeberaz

Baş nazirə butulka atdılar - İraqda
İraq parlamentində dava düşüb. "Xəbəraz.az " Azvision.az-a istinadən xəbər verir ki, deputatlar baş nazir Heydər əl-Abadinin çıxışı zamanı onun üstünə butulka atıblar.

Qalmaqal baş nazirin yeni hökumətin təqdim edilməsi və islahatlar haqqında çıxışı zamanı yaşanıb. Baş nazirin çıxışı zamanı deputatlar arasında bir neçə dəfə mübahisə düşüb, baş nazirin ünvanına təhqir dolu ifadələr səsləndirilib.

Olaya Baş nazirin mühafizəçiləri qarışıb.

Nəticədə parlament üzvləri ilə mühafizəçilər arasında əlbəyaxa dava olub.
Geri dön