Ana Sayfa > Karusel / Hadisə / M2 > Cəbhədə növbəti erməni təxribatı - Artilleriya atəşləri başladı

Cəbhədə növbəti erməni təxribatı - Artilleriya atəşləri başladı


26-04-2016, 23:05. Yazar: Xeberaz

Cəbhədə növbəti erməni təxribatı - Artilleriya atəşləri başladı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. "Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.

Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.

Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.

Paylaş Tweet Paylaş
Geri dön