Ana Sayfa > Karusel / Hadisə / M2 > Benzin vermədiyinə görə bıçaqlandı

Benzin vermədiyinə görə bıçaqlandı


26-04-2016, 23:00. Yazar: Xeberaz

Benzin vermədiyinə görə bıçaqlandı
28 yaşlı Qax rayon sakini naməlum şəxs tərəfindən bıçaqlanıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Tutaclı kənd sakini 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov sol bazu və sağ budun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olub. R. Ələkbərovun yaraları cərrahi yolla işlənildikdən sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib.
Geri dön