Ana Sayfa > Karusel / İdman / M2 > Neymar qərarını verdi

Neymar qərarını verdi


26-04-2016, 21:15. Yazar: Xeberaz
Neymar qərarını verdi
“Barselona”nın hücumçusu Neymar gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, katalonlardan ayrılacağı haqqında söz-söhbət dolaşan braziliyalı futbolçu ən az bir mövsüm daha klubunda qalacaq.

Oyunçu həm də agenti olan atasına tapşırıb ki, ona gələn bütün təklifləri hələlik nəzərə almasın.

İspaniyanın “sport.es” saytı xəbər yayıb ki, artıq tərəflər arasında yeni müqavilənin detalları tam hazırdı. Ancaq mövsümün sonuna kimi şərtlər açıqlanmayacaq.
Geri dön