Ana Sayfa > Karusel / Siyasət / M2 > “Onlar təşəbbüs göstərsələr, Qarabağ münaqişəsi həllini tapar” - Çavuşoğlu

“Onlar təşəbbüs göstərsələr, Qarabağ münaqişəsi həllini tapar” - Çavuşoğlu


26-04-2016, 21:03. Yazar: Xeberaz

“Onlar təşəbbüs göstərsələr, Qarabağ münaqişəsi həllini tapar” - Çavuşoğlu
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin ədalətli həllində ATƏT-in Minsk qrupunun, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın üzərinə böyük vəzifə düşür. Onlar təşəbbüs göstərsələr, problem qısa müddətdə həllini tapar”.
"Xəbəraz.az " xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunda iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AzərTAC-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək problemin sülh yolu ilə həllini istədiyini bütün dünyaya bir daha göstərdi. Ermənistan isə öz növbəsində atəşkəsi pozmaqla, siyasi həlli istəmədiyini bir daha nümayiş etdirdi.

“Bizim bu problemin həllində mövqeyimiz bəllidir. Biz münaqişənin diplomatik yolla həllini dəstəkləyirik və hər zaman qardaş Azərbaycanın yanında olacağıq”, -Türkiyə xarici siyasət idarəsinin rəhbəri deyib


Geri dön